Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.
Publika.az xəbər verir ki, "ağ-qaralar" Superliqa təmsilçisi "Antalyaspor"la üz-üzə gəlib. Samuel Eto`Onun da formasını geyindiyi "Antalyaspor"la oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb.
Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsiylə nəticələnib. Oyunda "Neftçi"nin qollarına Ruslan Qurbanov və Fəhmin Muradbəyli imza atıblar.
Qeyd edək ki, “Antalyaspor”un heyətində məşhur kamerunlu ulduz Samuel Eto`O meydana çıхıb.
"Neftçi" Türkiyə toplanışı çərçivəsində əvvəlki yoxlama görüşlərində "Alanyaspor" (1:1) və Səudiyyə Ərəbistanının "Əl-Faysali" (2:1) komandası ilə qarşılaşmışdı.
Yoxlama oyunu
31 iyul
22:30. Neftçi - Antalyaspor 2:0
Qol: Ruslan Qurbanov, 60. Fəhmin Muradbəyli, 88.
Neftçi: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.