28 May 2014 22:09
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun futbolçusu Arda Turan "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Türk yarımmüdafiəçi Madrid klubunun Bakıya səfəri ilə əladəqar keçirilən mətbuat konfransında deyib ki, "Atletiko" ilə müqaviləsi 2017-ci ilin yayına qədər davam edir:

"Bu klubun bir parçasıyam və müqaviləm hələ bitməyib. Transfer haqda başqa heç nə demək istəmirəm".

"Atletiko"nun prezidenti Enrike Sereso isə futbolçu Dieqo Kostanın "Çelsi"yə, Arda Turanın "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb./qol.az/


Müəllif: