12 Avqust 2015 14:11
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" Çempionlar Liqasının pley offə mərhələsində Belçika "Brügge"si ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Teleqraf.com xəbər verir ki, Premyer Liqa təmsilçisi bir müddətdi "Real"ın hədəfində olan qapıçı David de Xeanın da adını iştirak ərizəsinə daxil edib.

Beləlikə iİspan qolkiperin bu yay Madrid klubuna keçidi alınamayacaq. Çünki qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində çıxış etmiş oyunçu sözügedən turnirin qrup mərhələsində başqa bir komandada oynaya bilməz.

Pley-off mərhələsinin matçları 18 və 26 avqust tarixlərində keçiriləcək.

"Real" bu yay De Xeanın transferi üçün çox çalısa da, istəyinə nail ola bilmədi. Tərəflər maliyyə məsələsində anlaşa bilmədilər. İngilislər 35 milyon avro tələb etdikləri halda, ispanlar sadəcə 25 milyon təklif etməyə hazır olduqlarını bildiriblər.

De Xeanın "qırmızı şeytanlar"la müqaviləsinin vaxtı növbəti mövsümün sonunda bitəcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər