29 May 2014 11:51
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya mətbuatı “Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsidən danışır.

Teleqraf.com xəbər verir ki, “Times of Malta” saytı da bu mərhələnin Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilib.

Məqalədə qeyd olunur ki, bu yarışın Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ilə bağlı artıq razılıq əldə edilib.

Yazıda “Formula-1” Renault komandasının keçmiş başçısı, italiyalı iş adamı Flavio Briatorenin müvafiq məsələ ilə bağlı fikirlərinə də yer verilib:

“İlk dəfə olaraq gələn il Azərbaycan “Formula-1”in mərhələ yarışına ev sahibliyi edəcək. Bu, Bakı üçün böyük əhəmiyyət kəsb edir. Avropaya yaxın olan və müasirliyi ilə seçilən Bakı çox heyranedici bir şəhərdir”

Aygün İlqarqızı


Müəllif: