Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda Premyer Liqanın III turunda keçirilmiş oyunlarda qeydə alınmış bəzi qayda pozuntuları ilə bağlı qərarlar verilib.
"Xəzər Lənkəran" – "Rəvan" matçında qonaqların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 48-ci dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 90+1-ci dəqiqəsində Cənub təmsilçisinin futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatandan sonra "Xəzər Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
AZAL – "Qarabağ" matçının 82-ci dəqiqəsində ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
"Qəbələ" – "Kəpəz" matçında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Zirə" – "İnter" matçında ev sahibi komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Rüstəm