Həmçinin ona içməsinə icazə veriləcək alkoqolun miqdarı məhdudlaşdırılacaq
Teleqraf.com xəbər verir ki, "Milan" "Liverpul"dan icarəyə götürdüyü Mario Balotelli ilə imzaladığı müqaviləyə onun davranışı haqqında bənd daxil edib.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Anlaşmaya əsasən, Balotelli klubun imicinə zərər verməməlidi. Onun sosial şəbəkələrdəki hesabları həmişə nəzarətdə olacaq.
Baloteliyə qeyri-adi geyimlər geyinmək, saç düzümləri etmək, çəkmək və gecə klublarına getmək qadağan edilib.
Bundan başqa, o, həmişə vaxtında məşqlərə gəlməli olacaq. Qeyd edilir ki, belə qadağalar toplusu İtaliyanın Hərbi Hava Qüvvələrlərində tətbiq edilir.
Rüstəm