29 Avqust 2015 11:08
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən mövsüm Avroliqanın qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış Ukraynanın "Dnepr" komandası UEFA tərəfindən cəzalandırıb.


Publika.az xəbər verir ki, "Dnepr" bu mövsüm Avropa Liqasının qrup mərhələsində iki oyunu tribunadan azarkeş dəstəyi olmadan keçirəcək. UEFA bu cəzanı Avropa Liqasının yarımfinal mərhələsində "Napoli" ilə keçirilən oyuna görə tətbiq edib. Həmin qarşılaşmadan sonra azarkeşlər meydana axışaraq, "Dnepr"in finala adlamasını bayram etmişdilər.

"Dnepr"in "Latsio" və "Sent-Etyen"lə oyunları boş tribunalar önündə baş tutacaq. Komandanın baş məşqçisi Miron Markeviç məsələyə münasibətini açıqlayıb:


"İki oyunu azarkeşlərsiz keçirəcəyik. Kluba bununla bağlı rəsmi xəbərdarlıq gəlib. Appelyasiya şikayəti verəcəyik? Bilmirəm. Bu məsələ ilə klub rəhbərliyi məşğul olur".


Müəllif:

Oxşar xəbərlər