31 Avqust 2015 23:05
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nike" şirkəti braziliyalı futbolçu Ronaldinyoya həsr olunmuş limitli "Tiempo Touch of Gold" idman ayaqqabısı kolleksiyası buraxıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, satış üçün 3 min cüt buts hazırlanıb. Hər bir cüt ağ rəngdə hazırlanıb, nömrələnib və qızıl əlavələrlə bəzədilib, qıraqlardan isə futbolçunun adı yazılıb. Kolleksiya sentyabrın 2-də satışa çıxarılacaq. Kolleksiyanın buraxılışı Ronaldinyonun iştirakı ilə virus videosunun 10 illiyinə həsr olunub.

Video "YouTube"da 1 milyon baxış yığdıqdan sonra ən populyar kommersiya videosuna çevrildi.

Qeyd edək ki, 2004 və 2005-ci illərdə Ronaldinyo FİFA versiyası üzrə dünyanın ən yaxşı futbolçusu seçilmişdi, 2005-ci ildə isə "Qızıl top"un sahibi, 2002-ci ildə dünya çemionu olmuşdu. Karyerası ərzində braziliyalı futbolçu PSJ, "Barselona" və "Milan" kimi məşhur klublarda çıxış edib.

Teleqraf.com həmin videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər