3 Sentyabr 2015 18:36
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol dünyasının ən məşhur simalarından sayılan Devid Bekhem oğluna bahalı hədiyyə almaqla gündəmə gəlib.


Publika.az xəbər verir ki, İngiltərə futbolunun əfsanəsi oğlu Romeoya doğum günü münasibətiylə unikal təbrik fikirləşib. Belə ki, Devid 13 yaşı tamam olan övladına üzərində öz avtoqrafı olan “Arsenal” futbol klubunun formasını hədiyyə edib. Təqdimat Londonda keçirilən xeyriyyə gecəsində baş tutub. Həmin gecədə ümumilikdə 7 milyon funt pul toplanıb.

Qeyd edək ki, “Mançester Yunayted”in əfsanəvi “7 nömrə”sinin oğlu “Arsenal” azarkeşidir və 3 ildir bu klubun akademiyasında təhsil alır.


Müəllif:

Oxşar xəbərlər