Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ilk mərhələnin üçüncü yarış günündə keçirilən partiyalar başa çatıb.
Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirin ilk mərhələsində ölkəmizin iki şahmatçısı mübarizəni dayandırıb. Vasif Durarbəyli və Eltac Səfərli məğlub olmaqla Dünya Kubokunu tərk edib. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov və Qədir Hüseynov mübarizəni növbəti mərhələdə davam etdirəcək.