"Los Angeles Qalaksi" klubunun futbolçusu Stiven Cerard "Liverpul"dakı sabiq komanda yoldaşı Mario Balotelli haqda tənqidi fikirlər səsləndirib.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, ingilis futbolçu Balotellinin heç vaxt dünya səviyyəli oyunçu olmayacağını bildirib:
"Şəxsən mənim Balotelli ilə problemim olmayıb. Əksinə hər zaman ona kömək etmişəm və tərifləməyə çalışmışam. Ancaq daha sonra Mourinyonun da dediyi kimi onun idarəedilməz olduğunu anladım. O, heç vaxt dünya səviyyəli futbolçu olmayacaq. Bəli, böyük istedadı var, ancaq lazımsız hərəkətlərə yol verir. Müntəzəm olaraq məşqə gecikir və diqqətləri özünə çəkir".
Qeyd edək ki, 2014-cü ildə "Milan"dan "Liverpul"a transfer olunan Balotelli keçirdiyi 16 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapıb.