18 Sentyabr 2015 01:54
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ardıcıl ikinci ildir ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da qrupda ilk oyununa çıxıb.

Ağdam təmsilçisi səfərdə İngiltərənin köklü klublarından olan “Tottenhem”lə qarşılaşıb. Rəqib həm cütün, həm də qrupun favoriti hesab olunurdu. Bununla belə Qurban Qurbanovun rəhbərlik etdiyi komandamızdan uğurlu nəticə gözləyənlər də az deyildi.


Oyun komandamız üçün yaxşı başlayıb. Yeddinci dəqiqədə "Qarabağ" Almeydanın penaltidən vurduğu qolla hesabda önə keçib. Lakin daha sonra 3 qol vuran London təmsilçisi görüşdən 3 xalla ayrılıb.


Qeyd edək ki, bu görüş həmçinin, Azərbaycan və ingilis klubları arasında ilk görüş kimi əlamətdar olacaq.



17 sentyabr

Avropa Liqasının qrup mərhələsi, I tur


00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 3:1

Qollar: Riçard Almeyda, 7-pen (0:1), Hong min Son, 28 (1:1), 30 (2:1), Lamela, 86 (3:1)
Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Voqel (hamısı İsveçrə)
London. “Uayt Hart Leyn”.

"Tottenhem": Lloris, Rose, Alderveyreld, Dier, Trippier, Vimmer, Lamelo, Taunsend, Alli, Karroll, Son

Ehtiyat oyunçular: Vorm, Fazio, Davies, Nije, Onomaj, Vinks, Keyn

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Miqel Markos Madera, Samuel Armenteros,Alharbi Əl Jadeyaoui, Coşqun Diniyev


Müəllif:

Oxşar xəbərlər