Avropa Futbol Federasiyaları Birliyi Icraiyyə Komitəsinin (UEFA) Maltada keçirdiyi yığıncağında qaçqın uşaqlara dǝstǝk verməyə dair qǝrar qǝbul edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, UEFA Avropaya çatmağa cǝhd göstǝrǝn qaçqın uşaqlara yardım etmǝk mǝqsǝdilǝ bu il aprelin 24-dǝ qurulan UEFA Uşaqlar üçün Yardım Vǝqfinǝ 2 milyon avro vǝsait ayıracaq.
UEFA-nın internet sǝhifǝsindǝ yer alan açıqlamada bildirilib ki, qaçqın uşaqlara yönǝldilmiş fǝrqli dǝstǝk proqramları da hazırlanacaq.
Avropa Futbol Federasiyaları Birliyinin sǝdri Mişel Platini mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, bu vəsaiti qaçqın böhranının mǝnfi tǝsir etdiyi uşaqlara yardım etmǝk mǝqsǝdilǝ ayırıblar: «Ümid edirǝm ki, bu yardım Avropa vǝ digǝr yerlǝrdǝ çǝtin vǝziyyǝtdǝ olan qaçqın uşaqların vəziyyətinin yaxşılaşmasına kömək edəcək».
Rüstəm