20 Sentyabr 2015 22:12
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Boka Xuniors" komandasının hücumçusu Karlos Teves "Arxentinos Xuniors" komandasının yarımmüdafiəçisi Esekyel Xamın ayağını sındırıb.

Trend-in xarici KİV-lərə istinadən verdiyi xəbərə əsasən, hadisə Argentina çempionatı çərçivəsində komandalar arasında keçirilən oyununun 31-ci dəqiqəsində baş verib.

Yüksək sürətlə top arxası ilə qaçan Teves, Xamın topa birinci çattığını gördükdə, rəqibdən topu sərt şəkildə almaq istəyib və nəticədə rəqibin ayağına ciddi zərbə endirib.

Xam meydanı yalnız həkimlərin köməyi ilə tərk edı bilib..

Oyun "Boka Xuniors"-un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Onu da qeyd edək ki, hakim Tevesə heç bir kart göstərməyib.


Müəllif:

Oxşar xəbərlər