9 Oktyabr 2015 10:21
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borussiya”nın sabiq çalışdırıcısı Yurgen Klopp İngiltərənin “Liverpul” klubu ilə rəsmən anlaşıb.


Axar.az xəbər verir ki, almaniyalı mütəxəssis Liverpul təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.


O, yeni vəzifəsində bir müddət öncə istefaya göndərilmiş Brendan Rocersi əvəzləyib. Kloppun yeni komandasındakı illik gəliri də açıqlanıb. 48 yaşlı mütəxəssis "Liverpul"da ilinə 7 milyon funt-sterlinq qazanacaq.


Qeyd edək ki, Klopp 2008-2015-ci illərdə "Borussiya" klubunu çalışdırıb.


Müəllif: