İki gün öncə Türkiyədə baş vermiş qanlı terror olayına İngiltərə nəhəngi “Liverpul” da biganə qalmayıb.
Komanda.az xəbər verir ki, Mersisayd klubunun rəsmi “facebook” səhifəsində türkcə bunlar yazıb:
“Terror hadisəsində həyatını itirənlərin ailələrinə başsağlığı veririk və terrordan təsirlənən türk vətəndaşlarının acısını paylaşırıq”.
İngiltərə klubu mesajın sonunda “You”ll Never Walk alone” (Heç vaxt tək addımlamayacaqsan) sözlərini yazıb.
Qanlı terror nəticəsində 97 türkiyəli həyatını itirib.