"Real"dan ayrıldıqdan sonra işsiz qalan Karlo Ançelotti özünə yeni iş yeri tapıb.
İtalyan mütəxəssis bundan sonra "Goal.com" saytında köşə yazarı kimi çalışacaq. İtalyan mütəxəssis bu haqda belə danışıb:
"Burda çalışmaqla, futboldan kənarda qalmayacam. Futbol möhtəşəm bir dünyadı. Bundan sonra da uzun illər futbolda olacağımı düşünürəm. Komanda çalışdırmasam belə, burdakı işimlə futbolun içində olacam".
Ançelotti söhbət zamanı sabiq klubu "Milan"dan da danışıb:
"İnter"i heç vaxt çalışdırmaram. Çünki "Milan"da uzun illər çalışmışam. Bu, həm öz keçmişimə, həm də kluba xəyanat olar".
Ançelotti karyerası ərzində "Milan" və "Real"la yanaşı, PSJ, "Çelsi", "Yuventus", "Parma" və "Reciana" kimi klubları çalışdırıb.