İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill diqqət mərkəzinə düşüb.
Buna səbəb Nevillin evsizlərə etdiyi jest olub. Belə ki, Mançesterdə köhnə bir binanı alan və burda “Mançester Yunayted”in digər sabiq oyunçusu Rayan Giqqzlə birgə otel açmağı planlaşdıran Qari, tikinti işləri başlayana qədər binada məskən salmış evsizlərə burda qalmağa icazə verib. Nevill bundan əlavə, onları həftədə iki dəfə yeməklə təmin etməyi də öz üzərinə götürüb.
Qari Nevill bu hərəkətiylə ictimaiyyətin rəğbətini qazanıb.