“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan Premyer Liqasının XI turunda keçirilməli olan “Kəpəz” – “Qəbələ” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
Teleqraf.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.
Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən PFL görüşün yerini dəyişib. 11-ci turun matçı “Qəbələ” – “Kəpəz” kimi, 3-cü dövrənin 19-cu turunun matçı isə “Kəpəz” – “Qəbələ” kimi qeydə alınacaq.
Qeyd edək ki, "Kəpəz"lə matç "Qəbələ"nin Premyer Liqada ardıcıl 3-cü ev oyunu olacaq. "Qırmızı-qaralar" 9-cu turda öz meydanında "Zirə"ni, 10-cu turda isə AZAL-ı qəbul edib. Hər iki oyun 0:0 hesabı ilə başa çatıb.