31 Oktyabr 2015 19:45
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın III Divizionunda çıxış edən "Vilyanovense" klubu azarkeşlərini sevindirib.

Teleqraf.com xəbər verir ki, "Segunda B" təmsilçisinin tərəfdarları "Barselona" ilə İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab oyununa pulsuz baxa biləcəklər.

Klubun saytının verdiyi xəbərə görə, dekabrın 2-də komandanın bütün azarkeşləri üçün "Nou Kamp"a giriş pulsuz olacaq.

Rəqiblər arasında ilk oyunda sensasiyalı nəticə - 0:0 hesabı qeydə alınmışdı.

Rüstəm


Müəllif: