6 Noyabr 2015 10:12
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borussiya” (Dortmund) klubunun erməni hücumçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsində “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib.

- “Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm.

- “Qəbələ” haqda fikirlərin necədir?

- “Qəbələ” pis komanda deyil. Yaxşı mübarizə apardılar. “Qəbələ”nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. “Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram

- Bakıda keçirilən ilk oyunda iştirak etməməyin nə ilə əlaqədardı?

- Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buna görə də yekun qərar oldu ki, Bakıya getməyim.

- Sənə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər...

- Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidi.

- Bakıda nəsə olacağından ehtiyatlanırdın?

- Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm.

- Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?

- Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə “Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünkü oyun üçün də gələnlər var idi.

- Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?

- Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. “Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Təbii ki, qol vurmaq hər zaman xoşdur.

Futbolxeber.az


Müəllif: