13 Noyabr 2015 19:05
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun 2001-ci il ilyulun 28-də - UEFA Kubokunda "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasında keçirilən cavab matçında oyun alqı-satqısında adının hallanmasına biganə qalmayıb. Federasiyada artıq araşdırmaa başlanılıb.

Bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Publika.az-a danışıb. O bildirib ki, bu məsələylə bağlı komissiya təyin olunacaq:

“AFFA rəhbəri Rövnəq Abdullayevin bu məsələdən artıq xəbəri var. Onun tapşırığına əsasən komissiya yaradılacaq və məsələ araşdırılacaq. Burada Xaqani Məmmədov haqda qərar veriləcək. Yaxın müddət ərzində təşkil olunacaq komissiyadan sonra onun cəzası bəlli olacaq. Hələ bu barədə nə isə deyə bilmərəm”.


Müəllif: