19 Noyabr 2015 11:41
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçiriləcək 2016 Avropa Futbol Çempionatının seçmə mərhələsinin matçları yekunlaşdıqdan sonra komandaların püşkatma mərasimi zamanı hansı torbada yer aldıqları bəlli olub

.

Teleqraf.com xəbər verir ki, püşkatma mərasimi dekabrin 12-də Parisdə keçiriləcək. Mərasimində Türkiyənin millisi 4-cü torbada yer alacaq.

Qruplarda mübarizə aparacaq 24 komandanın yer aldıqları torbalar belədir:

1-ci torba: Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika.

2-ci torba: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna.

3-ci torba: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan.

4-ci torba: Türkiyə, İrlandiya Respublikası, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya.

Rüstəm


Müəllif: