Çinin xokkey çempionatında dava salan idmançı ağır cəzaya məhkum edilib.
Lyan Bin Vu xokkey oynamaqdan ömürlük məhkum edilib. O, oyunun gedişində rəqibə xokkey ağacı ilə ağır zərbə vuraraq, onun 3 dişini sındırıb. Həkimlər zədələnmiş xokkeyçinin ağzına 42 tikiş atıblar.
İnsidenti araşdıran komitə Bin Vunu ömürlük cəzalandırıb.
Çinin qış idman növləri üzrə direktoru Jili Vanqa məsələyə belə münasibət bildirib:
“Belə sanksiyalar nadir hallarda tətbiq olunur. Ancaq bu cür qayda pozuntusu bütün sərhədləri aşmaq deməkdi. Sən idmançısansa, özünü idmançı kimi də aparmalısan”.