"Bavariya"nın yarımmüdafiəçisi Xabi Alonso mövsümün sonunda komandadan ayrılmayacaq.
Bu barədə klubun icraçı direktoru Karl-Haynz Rummenige məlumat verib.
Rummenige tezliklə Alonso ilə müqavilə yeniləyəcəklərini bildirib: "Alonsonun komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın zamanda onunla və meneceri ilə danışacağıq. Futbolçu ilə müqavilənin müddətini uzadaraq məsələni yoluna qoyacağıq. Onun özü və ailəsi Münhendə xoşbəxtdir. Alonso bizim üçün qiymətli futbolçudur və komandada önəmli rol oynayır".
Qeyd edək ki, 34 yaşlı futbolçu 2014-cü ildə Madrid "Real"ından "Bavariya"ya transfer olunub.