23 Yanvar 2016 18:56
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya La Liqasının 20-ci turunda bu gün səfərdə "Malaqa"nın qonağı olacaq "Barselona" ciddi itki ilə üzləşib.

Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Neymar axşamkı görüşdə iştirak etməyəcək.

Buna braziliyalı futbolçunun zədələnməsi səbəb olub. Əvəzində isə zədəsini yenicə sağaldan Lionel Messinin bu axşam meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Malaqa" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq./Qol.Az/


Müəllif: