29 Yanvar 2016 16:29
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubunun futbolçusu Denis Çerışev komandadan ayrılmaq istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, rusiyalı futbolçu ehtiyatda qalmaqdan narazıdır.

Klub rəhbərliyi ilə görüşən Çerışev mövsümün sonuna qədər digər komandaya icarə verilməsini istəyib. 25 yaşlı futbolçu əsas heyətdə oynaya biləcəyi kluba keçməyin onun üçün daha faydalı olacağını bildirib. Hələlik Çerışevin karyerasını hansı klubda davam etdirəcəyi məlum deyil.

Qeyd edək ki, Çerışev La Liqada meydanda çıxdığı 3 oyunda cəmi 38 dəqiqə oynayıb.


Müəllif: