Qazaxıstan “Aktobe”sində baxışda olan iki futbolçu komandanın düşərgəsindən qaçıb.
“Aktob”dən qaçan futbolçulardan biri - Abdul Razak “Mançester Siti”nin oyunçusu olub. O, 2011-13-cü illərdə bu komandada çıxış edəb. Digər futbolçu - İslam Feruz isə “Çelsi”nin yetirməsidi. Amma 20 yaşlı hücumçu “zadəganlar”ın heyətində meydana çıxmayıb.
“Aktobe”nin baş məşqçisi Yuri Utkulbayev hadisəni belə şərh edib:
“Onlar dünən bizimlə məşq ediblər. Dünən taktiki sistemi müzakirə etmişik. Fikirləşirdik ki, bu gün onları meydana buraxaq, nəyə qadir olduqlarını görək.
Onlara necə oynadığmızı başa saldıq. Bununla da tanışlığımız bitdi. Səhər qalxdıq və onların oteldə olmadığını gördük. Başqa nə deyə bilərəm ki?”.