25 Fevral 2016 10:13
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid "Real"ın müdafiəçisi Pepe ümumi qrupda məşqlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Portuqaliyalı futbolçu zədəsini tam sağaldıb və hazırlığı plan üzrə gedərsə, şənbə günü "Atletiko" Madrid derbisində oynaya biləcək.

Pepeyə sağ ayağın əzələ fassiiti diaqnozu qoyulmuşdu. Son olaraq 24 yanvarda "Betis"lə matçda (1:1) meydana çıxan 33 yaşlı futbolçu 4 həftəni trenajor zalında keçirmək məcburiyyətində qalmışdı.

"Real" - "Atletiko" matçı şənbə günü Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Rüstəm


Müəllif: