"Bizim üçün yaxşı sınaq idi. Sözsüz ki, səhvlərə yol verdik, onlar üzərində işləyəcəyik. Amma yüz faizlik imkanlarımız var idi. Oyundan razı qaldım".
Teleqraf.com Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qazaxıstana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra CBC Sport-a açıqlamasında deyib.
Prosineçki ilk dəqiqələrdə standart vəziyyətdən qol buraxdıqlarını xatırladaraq, oyun ərzində meydanda olan futbolçuların tam bacarıqlarını ortaya qoymadıqlarını vurğulayıb. O, öz mövqeyində oynatmadığı Araz Abdullayevdən razılıq da ifadə edib.