"Valensiya" baş məşqçisi Qari Nevilli istefaya göndərib.
Onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Komandanı mövsümün sonuna kimi Pako Ayestaranın çalışdıracağı bildirilib.
Qeyd edək ki, "Valensiya" hazırda La Liqada 34 xalla 14-cü pillədə qərarlaşıb.