31 Mart 2016 22:13
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" tərəfdarları gözlədikləri şad xəbəri bu gün eşidiblər. Gökhan Gönüldən çıxan dopinq nümunəsi Peşəkar Futbol İntizam Qurumu səviyyəsində araşdırılmayacaq.

Türkiyə Futbol Federasiyası "Triamcinolone" adlı qadağan olunmuş maddənin müalicəvi əhəmiyyət daşıdığını və klub tərəfindən öncə məlumatlandırıldığını təsdiqləyib.

Qeyd edək ki, "Fənərbaxça"nın futbolçusu Gökhan Gönülün qadağan olunmuş maddədən istifadəsi "Beşiktaş"la oyundan sonra edilən dopinq testindən sonra aşkarlanıb. O, derbiyə sol qabırğasında qırıq ola-ola çıxıb. Bunun üçün klub həkimləri matçdan öncə futbolçuya ağrıkəsici iynə vurub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər