24 Aprel 2016 21:55
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

O, hazırkı çempionatda yaratdığı təhlükəli qol epizodlarının sayını 135-ə yüksəldib. Son olaraq, türk futbolçu bu gün “Sanderlend”lə qarşılaşmada üç dəfə qol vurmağa yaxın olub.

Özildən başqa, “Tottenhem”li Kristian Eriksen 105 və “Vest Hem”li Dimitri Paye 102 dəfə cari yarışda bu göstəriciyə nail olub.

Əlavə edək ki, bu mövsüm Özil İngiltərə Premyer Liqasında 33 oyunda 6 qol vurub və 18 qol ötürməsi edib.(qol.az)


Müəllif:

Oxşar xəbərlər