İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqanın ən yaxşı futbolçusunu seçib.
Teleqraf.com xəbər verir ki, hazırda turnir cədvəlinin lideri olan "Lester" klubunun yarımmüdafiəçisi Riyad Mahrez mövsümün ən yaxşısı olub.
Əlcəzairli futbolçu bu mövsüm oynadığı 34 oyunda 17 qol, 11 məhsuldar ötürmə verib.
Uğur