Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə "Kəpəz" doğma meydanda autsayder "Rəvan"ı qəbul edib.
Matça meydan sahibləri fəal başlayıblar - 10-cu dəqiqədə Julien Ebah hesabı açıb. Lakin 40-cı dəqiqədə Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirməklə bərabərliyi təmin edib.
İkinci hissənin əvvəlində "Rəvan"ın futbolçusu Kənan Müslümov qapıları "səhv salıb" - avtoqol. 60-cı dəqiqədə isə penalti vurmaq "növbəsi" gəncəlilərə çatıb. Tural Axundov bu fürsəti əldə verməyib. 89-cu dəqiqədə Elnur Abdulovun qolu isə "Rəvan"a təsəllidən başqa bir şey verməyib - 3:2.
Beləliklə, 32 oyundan 52 xal toplayan "Kəpəz" klubu turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.