Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Mançester Yunayted" növbəti transferini hədəfini açıqlayıb.
"Qırmızı şeytanlar" "Çelsi"nin futbolçusu Villianı transfer etmək istəyir.
Mançester təmsilçisi braziliyalı futbolçu üçün 60 milyon avro xərcləməyə hazırdır. "Çelsi"nin bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
Qol.az