Madrid “Real”ının futbolçusu Serxio Ramos Çempionlar Liqasının tarixinə düşüb.
Qol.az-ın məlumatına görə, “Atletiko” ilə oyunun 15-ci dəqiqəsində rəqib qapısına yol tapan ispaniyalı futbolçu ardıcıl ikinci dəfə Çempionlar Liqasının finalında qol vuran ilk müdafiəçi olub.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-14 mövsümünün finalında məhz “Atletiko” ilə oyunun 90-cı dəqiqəsində komandanın bərabəlik qolunu vurub. Oyuna əlavə edilmiş vaxtda isə “Real” daha 3 qol vuraraq qalib gəlib.