Dortmund "Borussiya"sı Türkiyə millisinin üzvü Əmrə Morla anlaşıb.
Bu barədə məlumatı Dortmund klubunun saytı yayıb. Tərəflər 5 illik müqaviləyə qol çəkiblər. 19 yaşlı yarımmüdafiəçi klub saytına açıqlamasında Dormund təmsilçisinə keçidindən məmnun olduğunu və böyük həvəslə yeni komandasının heyətində ilk oyuna çıxacağı günü gözlədiyini deyib.
Əmrə Mor Danimarkanın "Norşelland" klubunda çıxış edib. O, Türkiyə millisinin heyətində AÇ-2016-da çıxış edəcək.