SOCAR 2015-ci ildə ümumilikdə 2 280 949,78 ton neft və neft-kimya məhsulları ixrac edib.
Teleqraf.com-un məlumatına görə, bu informasiya SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında yer alıb. Bildirilir ki, ötən il SOCAR üzrə 236 532,30 ton reaktiv mühərriklər üçün TS–1 markalı yanacaq, 921 718,87 ton dizel yanacağı L–62, 723 690,60 ton vakuum qazoylu, 280,02 ton soba mazutu, 157 615,05 ton depressor AKI, 88 330,03 ton yüksək təzyiqli polietilen, 28 043,22 ton butilen–butadien fraksiyası, 43 455,05 ton propilen, 69 869,10 ton piroliz qətranı, 10 720,10 ton saf izopropil spirti və 695,46 ton saf diizopropil efir ixrac olunub.