10 Avqust 2016 16:56
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) “Brent” və “Layt” markalı neftlərin bir barrelinin orta qiymətlərinin bu il 41 dollar, 2017-ci ildə isə 51 dollar səviyyəsində olacağını nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, bu barədə EIA-nın aylıq hesabatında deyilir.

Hesabata görə, bu il “Brent” neftinin orta qiyməti 41,6 dollar/barrel, 2017-ci ildə isə 51,58 dollar/barrel olacaq. EIA “Layt” neftinin orta qiymətinin cari ildə 41,16 dollar/barrel, gələn il 51,58 dollar/barrel səviyyəsində olacağını proqnozlaşdırır.


Müəllif: