“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Qurban bayramı və Yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.
QSC-nin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, bu sahədə hazırlıq işlərinə başlanılıb. Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzi hallarda isə 20 əlavə vaqonun qoşulması təmin ediləcək.
Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.