7 Sentyabr 2016 12:35
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır”.

Teleqraf.com-un məlumatına görə, bu barədə Mərkəzi Bankın “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı keçirdiyi tender elanı barədə açıqlamasında deyilir.

Bildirilir ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir: “Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir.

Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Analoji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur”.

Kəmalə


Müəllif: