Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar bahalaşaraq 48,81 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 49,10 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 50,34 dollar təşkil edib.