28 Oktyabr 2016 18:39
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı və Bəsrə körfəzi ətrafındakı ərəb ölkələri neft hasilatını 4 faiz azaldacaqlarını Rusiyaya bildiriblər.

Teleqraf.com-un xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Rusiya və ərəb ölkələrinin enerji nazirlərinin iştirakı ilə Ər-Riyadda qapalı keçirilən görüşdə Rusiyanın energetika naziri Aleksandr Novak isə ölkəsinin neft istehsalını azaltmayacağını, lakin mövcud səviyyələrdə “donduracağını” deyib.

Hasilatın 4 faiz azaldılması böyük ehtimalla OPEC-ə üzv və digər neft istehsal edən ölkələrin nümayəndələrinin qatılacağı Vyanadakı kartelin Yüksək səviyyəli Komitəsinin iclasında müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər