15 Noyabr 2016 16:09
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Asiya İnkişaf Bankı mövcud çətin iqtisadi vəziyyətdə Azərbaycana dəstək göstərməyə hazırdır”.

Teleqraf.com-un məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq bildirib.

Vitse-prezident deyib ki, Bakıya 3-cü səfərinin məqsədi mövcud iqtisadi şəraitdə Azərbaycana dəstək verməyi müzakirə etməkdir:

“Səfərim əsnasında Azərbaycanın iqtisadi inkişaf barədə məlumatlar almışam. Rəsm şəxslərlə görüşmüşəm. Bu görüşlərdə, yeni çağrışlar dövründə Azərbaycanın üzləşdiyi çətinliklərə Asiya İnkişaf Bankının göstərə biləcəyi effektiv dəstək planını müzakirə etmişik. Ən son iqtisadi prosesləri müzakirə etdik. Həmçinin keçirilən görüşlərdə bu il aparılacaq fəaliyyət üçün yol xəritəsini dəqiqləşdirdik”.

ADB rəsmisi “Şahdəniz” layihəsinə də dəstək verəcəklərini bildirib: “Hazırda “Şahdəniz” layihəsi ilə bağlı Direktorlar Şurasının qərarı gözlənilir”.

Vençay Janq sözlərinə belə davam edib: “2017-19-cu illər üzrə biznes planın üzərində işləyirik. Bu planda konkret layihələr olacaq.

Növbəti 3 il ərzində yalnız nəqliyyat, su, kanalizasiya, şəhər infrastrukturu üzrə layihələrə deyil, geniş miqyasda siyasi və iqtisadi islahatların aparılmasına da dəstək verəcəyik. Ümid edirəm ki, qısa zamanda bu planın hazırlanmasını yekunlaşdıracağıq”.

Azərbaycan 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankına 17 ildir üzvdür.


Müəllif:

Oxşar xəbərlər