16 Noyabr 2016 17:01
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödəyib.

Bu barədə Teleqraf.com-a SOCAR-dan məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb.

Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub. Bu ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çoxdur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər