23 Yanvar 2017 23:25
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamları işgüzar məqsədlərlə Rusiyanın Arxangelsk vilayətinə dəvət ediliblər.

Bu barədə Teleqraf.com-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, bu ilin fevral ayının sonlarında Arxangelskdə ticarət, kənd təsərrüfatı, balıq sənayesi, meşə sənayesi, turizm, səhiyyə, elm və təhsil sahələrində Azərbaycanın və vilayətin işgüzar dairələrinin iştirakı ilə birgə tədbirin keçirilməsi təklif olunub.

Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.


Müəllif:

Oxşar xəbərlər