18 Mart 2017 10:37
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 8-də "Gilan Qəbələ Aqrotexservis" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin Direktorlar şurasının elanında deyilir.

İclasın gündəliyinə daxil olan məsələlər bunlardır:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
- 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə Təftiş komissiyasının hesabatı;
- sair məsələlər (təşkilati məsələ).

Yığıncaq cəmiyyətin yerləşdiyi Qəbələ rayonu, Hacallı kəndində keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın
keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.


Müəllif:

Oxşar xəbərlər