13 Aprel 2017 19:28
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə keçirdiyi görüşdə dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımları müzakirə edib.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, N. Əliyev OPEC və kartelə üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib.


"Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək", - deyə nazir əlavə edib.


Müəllif:

Oxşar xəbərlər