25 May 2017 16:51
2 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov Azərbaycan Beynəlxalq Bankında yaranan problemlərlə bağlı məsələni qaldırıb.

Teleqraf.com xəbər verir ki, deputat Vahid Əhmədov hökumətdən, o cümlədən iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramovdan Azərbaycan Beynəlxalq Bankının yaratdığı problemlərlə bağlı məntiqli izah verilməsini istəyib. İclasda V.Əhmədov nazir müavininə banklarda nağdlaşma ilə bağlı yaranan problemlər barədə sual ünvanlayıb.

Maliyyə nazirinin müavini Azər Bayramov isə Vahid Əhmədova cavabında deyib ki, Azərbaycan Beynəlxalq Bankı rəhbərliyi tərəfindən ictimaiyyətə verilən açıqlamalarda izahlar kifayət qədər öz əksini tapıb: “Əhalinin əmanətləri ilə bağlı da heç bir problem yoxdur. Biz bankın rəhbərliyi ilə mütəmadi əlaqələr saxlayırıq. Əhali öz əmanətini istədiyi zaman gedib götürə bilir. Bununla bağlı heç bir problem yoxdur. Yalnız xaricdən daxil olan investisiyalarla bağlı vəsaitlər dondurulub”.

Nazir müavini əlavə edib ki, vəsaitlərin banklardan çıxarılması ilə bağlı Milli Məclisdə qanunvericiliyə müəyyən əlavə və dəyişiklik edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər